Türkiyə Müdafiə Nazirliyi erməni təxribatı nəticəsində Azərbaycan əsgərinin şəhid olmasını pislədi
21 sentyabr 2020 23:00 (UTC +04:00)

Türkiyə Müdafiə Nazirliyi erməni təxribatı nəticəsində Azərbaycan əsgərinin şəhid olmasını pislədi

 

"Ermənistan atəşlə oynamağı dərhal kəsməlidir!"

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Müdafiə Nazirliyinin rəsmi "Twitter" səhifəsindən paylaşılan açıqlamada belə yazılıb.

Qeyd olunub ki, Dağlıq Qarabağı haqsız işğal edən Ermənistan indi də Tovuz bölgəsindəki atəşkəs şərtlərini pozub: "Ermənistan bir qəhrəman Azərbaycan əsgərimizi şəhid edib. Şəhidimizə Allahdan rəhmət diləyirik, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı veririk".

# 1924
avatar

Oxşar yazılar