Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq
19 sentyabr 2020 09:53 (UTC +04:00)

Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq

Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq.

Lent.az-ın AMEA Şamaxı Astrofizika Rəsədxanasına istinadən verdiyi xəbərə görə, payız fəsli Azərbaycana 22 sentyabr saat 17:30:36-də daxil olacaq.

Bu zaman gecə ilə gündüz bərabərləşəcək.

Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən cənub yarım kürəsinə keçəcək və həmin andan Şimal yarım kürəsində payız fəsli başlayacaq.

# 1480
avatar

Oxşar yazılar