Bakıda tikiş sexi və anbar yandı
18 sentyabr 2020 17:35 (UTC +04:00)

Bakıda tikiş sexi və anbar yandı

Bakının Xəzər rayonunda yanğın olub.

Lent.az FHN-in rəsmi saytına istinadla xəbər verir ki, Xəzər rayonunda bir dam altında tikilən ümumi sahəsi 194 m² olan tikiş sexinin və ümumi sahəsi 206 m² olan anbarın yanar konstruksiyaları, içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı mağaza və yaşayış evləri yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

# 1462
avatar

Mehman Nəbiyev

Oxşar yazılar