Azərbaycanda 400-ə yaxın tarixi abidə pasportlaşdırılacaq
17 sentyabr 2020 16:18 (UTC +04:00)

Azərbaycanda 400-ə yaxın tarixi abidə pasportlaşdırılacaq

400-ə yaxın tarixi abidənin pasportlaşması həyata keçiriləcək. 

APA-nın məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət naziri vəzifələrini icra edən Anar Kərimov  deyib.

O bildirib ki, bu, tarixi abidələrin mühafizəsinin təmin edilməsidir: “Biz tarixi abidələrin mühafizəsini təmin etmədən onun qorunmasında problemlərlə üzləşmiş oluruq. Bu sahədə bizə ayrılan maddi resurslar azdır. Bırpa olunası tarixi abidələrimiz çoxdur. Bunun hamısını biz məhdud maliyyə resurslarımızla edə bilmərik. Konkret beynəlxalq meyarlara cavab verən siyahı tərtib olunacaq. Beynəlxalq, ölkə daxilində və yerli səviyyədə əhəmiyyətli olan abidələrin siyahısı hazırlanacaq. Məhdud maliyyə resursları vasitəsilə çalışacağıq ki, bütün tarixi abidələrin bərpasını həyata keçirək. Maliyyə resurlarımızla yanaşı, beynəlxalq təşkilatlarla və qeyri-dövlət, özəl şirkətlərlə  əməkdaşlığı genişləndirməliyik. Artıq TİKA ilə bizim ilkin görüşlərimiz olub”.

# 1786
avatar

Oxşar yazılar