"Sara" adlı yeni tamaşa - FOTO
17 sentyabr 2020 09:46 (UTC +04:00)

"Sara" adlı yeni tamaşa - FOTO

Sentyabr ayının 18-i saat 17:00-də Şamaxı rayonunda yerləşən XIV əsrə aid Kələxana türbələrində Mingəçevir Dövlət Dram Teatrının səhnələşdirdiyi "Sara" adlı yeni tamaşanın premyerası baş tutacaq.

Lent.az məlumat verir ki, "SARA" tamaşası şifahi xalq ədəbiyyatı nümunələrindən sayılan  "Apardı sellər Saranı" xalq dastanının motivləri əsasında  hazırlanıb.  Tamaşada respublikanın xalq artisti Ella Yaqubova, əməkdar artist Şıxı Yaqubov, tərəqqi medallı Aydın Quliyev və teatrın gənc aktyorları məşquldular.

Onu da qeyd edək ki, bu tamaşa Azərbaycanda ilk dəfə olaraq canlı dekorasiadan istifadə edilərək nümayiş olunacaq və nümayiş boyu əntiq teatra cəhdlər təqdim ediləcək. Canlı dekorasia  açıq havada, səma altında tarixi abidələrin fonu deməkdir, yəni bu dəfə adət etdiyimiz kimi dekoratorlar tərəfindən bizə xüsusi olaraq tamaşa üçün hazırlanan dekorasiaları yox tarixi memarlıq abidələrin canlı olaraq görünəcək. Aktyorlar tamaşanı məkan olaraq tarixi abidələr sayılan KƏLƏXANA türbələrində oynayacaqlar. Tarixi abidələrinə, coğrafi şəraitinə, muasir infrastrukturuna görə qədim Şamaxı rayonunu daima turistləri özünə cəlb edib. KƏLƏXANA türbələri Şamaxı turizm xəritəsinə daxil ediləŕək istər xarici istərsə də yerli turistlər tərəfindən tez-tez ziyarət olunan məkanlardan hesab olunur.

Dahi sənətkar Üzeyir Hacıbəyov sentyabrınn 18-i anadan olub. Dahi sənətkara ithaf olaraq sentyabrın 18-i ölkəmizdə həm də milli musiqi günü kimi qeyd olunur və Mingəçevir Dövlət Dram Teatrı premyeranı məhs bu günə salmaqla milli musiqimizə, milli mədəni mənəviyyatımıza öz tövhəsini edir.
Tamaşa hazırlanan zaman Nazirlər Kabineti yanında operativ gərərgahın xüsusi karantin rejimiylə bağlı bütün şərtləri və tələbləri nəzərə alınıb. Tamaşa boyu şərt və tələblərə əməl olunur.

Premyera Dövlət televiziyası AZTV tərəfindən çəkilərək nümayiş olunacaq və çəkilişlər yüksək texnalogiyalar vasitəsiylə (ULTRA HD) lentə alınaraq qızıl fonda düşəcək. Azərbaycanda ilk dəfə olaraq Mingəçevir Dövlət Dram teatrı premyeranı tam şəkildə də olmasa fraqmentlərlə internet üzərindən dünya premyerası edərək yeniliyə imza atmış olacaq.  Eksklyüziv televiziya nümayişindən sonra "Sara" tamaşasının tam video variantı teatrın sosial şəbəkələrdəki səhifələri üzərindən yayımlanacaq.
Son olaraq onu da qeyd edək ki, tamaşaya pandemiya qanunlarının şərtlərini nəzərə alınaraq quruluş verilib və premyeraya gələn qonaqlar da tamaşaya pandemiya qanunları çərçivəsində nümayiş edəcəklər.

Yaradıcı heyyət.
səhnələşdirən
BƏHRAM OSMANOV-Əməkdar incəsənət xadimi
quruluşçu rəssam
RƏFAEL HAŞIMOV- Əməkdar rəssam
musiqi tərtibatı
ELNUR RƏSULOV
rəqslərin quruluşu
EYVAZ ƏLİYEV
rejissor asissentləri
MƏLAHƏT AĞAYEVA
ASİM MƏMMƏDOV
quruluşçu rejissor
CAVİD TƏVƏKKÜL
layihənin rəhbəri
SƏXAVƏT MƏMMƏDOV
Aktyor heyyəti
Mənzər
ELLA YAQUBOVA
xalq artisti
Xan (yaşlı)
ŞIXI YAQUBOV
əməkdar artist
Sara
AYGÜN FƏTULLAYEVA
Xan (gənc)
İLQAR RƏHİMOV
Sarvan (yaşlı)
AYDIN BALOĞLAN QULİYEV – Tərəqqi medalı
Sarvan (gənc)
HÜSEYİN MUSTAFAYEV
Gözəl
VÜSALƏ QULİYEVA
Xan çoban
PAŞA SALMANOV
kütləvi səhnələrdə
EYVAZ ƏLİYEV
CEYHUN ƏHMƏDOV
TURQUT MƏSİMLİ
GÜLXATUN ABDULLAYEVA
TÜRKAN ALIŞZADƏ

# 2677
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar