1228
18:29
16 Sentyabr 2020

® “Samsung” smartfon və ya planşet əldə et, “Azercell”dən 1 il boyunca 1GB internet hədiyyə qazan

Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmağı hədəfləyən “Azercell Telekom” MMC müasir həyatın ayrılmaz hissəsinə çevrilən rəqəmsal xidmətləri və ən son model smartfonları daha da əlçatan edir. Ölkənin lider mobil operatoru olan “Azercell” dünya bazarında keyfiyyət və etibarlılığı ilə seçilən “Samsung” şirkəti ilə birgə yeni kampaniyaya başlayır. Sentyabrın 15-dən etibarən “Azercell” ailəsinə yeni qoşulan hər bir abunəçi “Samsung” brendinə məxsus istənilən model smartfon və ya planşet əldə edərək 1 il boyunca aylıq 1GB internet hədiyyə qazanır.

Kampaniyadan yararlanmaq üçün oktyabrın 30-dək “Azercell” diler və Eksklüziv mağazalarına yaxınlaşaraq, yeni “Azercell” nömrəsi ilə birgə müasir dizayna malik çoxfunksiyalı “Samsung” cihazlarından birini əldə etmək kifayətdir.

Bu payız “Azercell” ilə xatirələrinizi internetə pul xərcləmədən bölüşün.

Kampaniya haqqında ətraflı məlumat üçün

https://www.azercell.com/az/personal/campaigns/monthly/samsung_kampaniyasi/ səhifəsinə keçid etməyiniz xahiş olunur.