“Barselona” yeni transferini təqdim etdi
15 sentyabr 2020 18:09 (UTC +04:00)

“Barselona” yeni transferini təqdim etdi

0

İspaniyanın “Barselona” klubu yeni transferi Miralem Pyaniçi təqdim edib.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı yarımmüdafiəçinin Kataloniya təmsilçisində geyinəcəyi forma nömrəsi də müəyyənləşib.

Yay fasiləsində əks cəbhəyə - “Yuvenus”a keçən Artur Ramosdan sonra boş qalan 8 nömrəli forma Bosniya və Herseqovina millisinin üzvünə verilib. Koronavirus infeksiyasından sağalan oyunçu tezliklə kollektivlə birlikdə məşqlərə qoşulacaq.

Qeyd edək ki, Miralem Pyaniç “Barselona” ilə 4 illik müqavilə imzalayıb. Onun sərbəst qalma məbləği 400 milyon avrodur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2349

Oxşar yazılar