2021-ci il dövlət büdcəsinin layihəsi hökumətə təqdim olundu
15 sentyabr 2020 17:09 (UTC +04:00)

2021-ci il dövlət büdcəsinin layihəsi hökumətə təqdim olundu

2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri Nazirlər Kabinetinə təqdim olunub. 

Maliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, “Büdcə sistemi haqqında” qanuna və “2021-ci il dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı” Nazirlər Kabinetinin 23s nömrəli 2020 –ci il il yanvarın 24-dəki sərəncamına uyğun olaraq 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrini, habelə növbəti üç il üçün icmal büdcənin göstəricilərini Maliyyə Nazirliyi Nazirlər Kabinetinə təqdim edib.

# 1735
avatar

Oxşar yazılar