Balakəndə “avarların sıxışdırılması”na RƏSMİ CAVAB - VİDEO
15 sentyabr 2020 13:09 (UTC +04:00)

Balakəndə “avarların sıxışdırılması”na RƏSMİ CAVAB - VİDEO

Daxili İşlər Nazirliyi Balakəndə yaranan insidentlə bağlı sosial şəbəkədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin Şəki Regional Qrupundan Lent.az-a verilən məlumata görə, Balakən rayon Polis Şöbəsi əməkdaşlarının karantin rejimi ilə bağlı keçirdiyi reyd zamanı Qabaqçöl qəsəbəsi ərazisində yerləşən mağazada obyekt sahibi və onun oğlu tibbi maskadan istifadə etmədikləri üçün onlara pandemiya şəraitinə uyğun olaraq, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin zəruriliyi diqqətə çatdırılıb. Bu zaman həmin şəxslər polis əməkdaşlarının tutduğu iradlardan nəticə çıxarmayaraq, tabesizlik göstəriblər. Daha sonra 2 nəfər qəsəbə sakini də polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayıb, onlara qarşı müqavimət göstərməyə cəhd ediblər. Bundan sonra bir qrup qəsəbə sakini həmin əraziyə toplaşıb. Polis Şöbəsinin rəhbərliyi hadisə yerinə gələrək, onlarla profilaktik söhbətlər aparıb və sakinlər öz evlərinə gediblər. Polisin qanuni tələbinə tabe olmayan 4 nəfər barəsində isə qanunamüvafiq tədbirlər görülüb.

Bu faktdan sui-istifadə edən bəzi düşmən qüvvələrin maliyyələşdirdiyi sosial şəbəkələrdə özünü dini icma sədri Afsələddin Axmedov kimi qələmə verən, əslində isə ad, soyadı Eyvaz Heydərov olan şəxs həmin hadisəni təhrif edərək, guya qəsəbə ərazisində milli azlıqların hüquqlarının tapdalanması, polislər tərəfindən onlara qarşı qanunsuz tələblərin irəli sürülməsi barədə əsassız, qərəzli fikirlər səsləndirib. Qəsəbə ağsaqqalları və ziyalıları isə “avarların sıxışdırılması” kimi uydurma fikirlər səsləndirən, qəsəbə sakinləri adından danışan və hazırda Azərbaycandan kənarda yaşayan həmin şəxsi ciddi qınayıblar və digərlərini onun belə təxribat xarakterli fikirlərinə inanmamağa çağırıblar.

# 4759
avatar

Mehman Nəbiyev

Oxşar yazılar