25 küçə və prospektdə işıqforlar belə işlədi
15 sentyabr 2020 12:35 (UTC +04:00)

25 küçə və prospektdə işıqforlar belə işlədi

İlk tədris günü şəhər yollarında, xüsusən də məktəblərin ətrafında nəqliyyat sıxlığının qarşısını almaq məqsədilə Bakı Nəqliyyat Agentliyi kompleks tədbirlər həyata keçirib.

Qurumdan Lent.az-a daxil olan xəbərə görə, bu gün səhər saatlarında əsas nəqliyyat yükü olan 25 küçə və prospektdə işıqforlara "yaşıl dalğa" əmri tətbiq edilib. Nəticədə səhər pik saatlarında nəqliyyat vasitələrinin hərəkətində ümumilikdə çətinliklər müşahidə olunmayıb.

Qanunsuz parklanma hallarının daha çox müşahidə olunduğu ərazilər əvvəlcədən müəyyən edilərək xidməti fəaliyyət təşkil edilib. Yol hərəkəti iştirakçıları ilə maarifləndirici söhbətlər aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1977

Oxşar yazılar