1846
10:14
14 Sentyabr 2020

Ramin Hacılının məhkəməsi ilə bağlı YENİ XƏBƏR

Dələduzluqda və ölkənin sərhədlərini qanunsuz keçməkdə təqsirləndirilən Azərbaycan Avropa Hərəkatının prezidenti, ictimai fəal Ramin Hacılı və onunla ittiham olunan Fəxrəddin Qasımovun barəsində olan cinayət işinin istintaqı başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Hafiz Kamranovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası sentyabrın 15-nə təyin edilib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları 2018-ci il iyunun 4-də Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısını alıb. Belə ki, sərhəd naryadı dövlət sərhədində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəxrəddin Azad oğlunu saxlayıb. Saxlanılan şəxslərə qarşı Cinayət Məcəllsinin 29, 318.1-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd), 178.2.4 və 178.2.2-ci ( bir qrup şəxsə qarşı təkrar dələduzluq etmə) maddələri ilə ittiham irəli sürülüb və hər iki şəxs məhkəmənin qərarı ilə həbs edilib.

Bir müddət sonra Ramin Hacılı barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və o, azadlığa çıxıb.

Dİgər xəbərlər