İsveçrə - Azərbaycan oyununun yeri və vaxtı dəqiqləşdi
12 sentyabr 2020 17:02 (UTC +04:00)

İsveçrə - Azərbaycan oyununun yeri və vaxtı dəqiqləşdi

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin İsveçrə – Azərbaycan oyununun yeri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 2-ci qrupda mübarizə aparan yığmamızın son matçı Tyun şəhərindəki “Tyun Arena”da baş tutacaq.

Öncədən martın 26-da keçirilməli olan, lakin koronavirus pandemiyası ilə əlaqədar təxirə salınan görüş noyabrın 12-də baş tutacaq. 10 min tamaşaçı tutumuna malik stadiondakı qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, 7 oyunda 6 xal toplayan millimiz seçmə mərhələdəki son üç matçını səfərdə keçirəcək. İsveçrə ilə görüşdən öncə yığmamız oktyabrın 8-də Nitra şəhərindəki "Nitra" stadionunda Slovakiya, oktyabrın 13-də isə Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda Gürcüstanla qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2170

Oxşar yazılar