Bakıda iki qonşunu avtomobil vurdu
12 sentyabr 2020 08:44 (UTC +04:00)

Bakıda iki qonşunu avtomobil vurdu

 

Bakının Suraxanı rayonunda iki nəfəri avtomobil vurub.

APA xəbər verir ki, hadisə Günəşli qəsəbəsində baş verib.

1955-ci il təvəllüdlü Səmədov Şamil Böyükağa oğlu və onun qonşusu, 1958-ci il təvəllüdlü Nərimanov Oktay Məmməd oğlu yolu keçərkən hər ikisini avtomobil vurub. Yaralılar 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəstəxananın növbətçi həkimi Mərdəli Hacıyevin APA-ya verdiyi məlumata görə,  Ş.Səmədovun vəziyyəti ağır olduğundan xəstəxanın Reanimasiya şöbəsinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1797

Oxşar yazılar