Məktəblərdə yeməkxanalar işləməyəcək.
Lent.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları” barədə qərarına həsr olunan onlayn mətbuat konfransında təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib: "İbtidai sinif şagirdləri məktəbə yemək gətirib, tənəffüs vaxtı yeyə biləcəklər. Hələ ki, bufetlərin açılması nəzərdə tutulmayıb. Ancaq internat tipli məktəblərdə yeməkxanalar işləyəcək".