"Instagram"a iki yenilik gəlir
11 sentyabr 2020 16:12 (UTC +04:00)

"Instagram"a iki yenilik gəlir

Dünyada ən çox istifadə edilən sosial şəbəkə hesablarından biri olan “Instagram”da iki yenilik gözlənilir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, hazırda iki yeni özəllik üzərində işlənilir. Özəlliklərdən biri mesaj yönləndirmə, digəri isə mesaja özəl cavabın verilməsidir. Mesaj yönləndirmə aktiv hala gətirildikdən sonra istifadəçilər artıq onlara yazılan və ya özlərinin yazdıqları mesajları birbaşa (kopyalamadan) başqa şəxsə göndərə biləcəklər. Mesaja özəl cavab isə qruplarda qarışıq söhbət zamanı hər hansı fikri seçərək ona cavab yazmağa imkan yaradacaq.

Qeyd edək ki, yeniliklərdə əsas məqsəd “Instagram Direct”dən daha çox istifadəyə təkan verməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2080

Oxşar yazılar