Hacı İbrahim Nehrəmlinin qardaşının şirkətindən ŞİKAYƏT
11 sentyabr 2020 12:19 (UTC +04:00)

Hacı İbrahim Nehrəmlinin qardaşının şirkətindən ŞİKAYƏT

Tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı, ATV-nin keçmiş prezidenti Tağı İbrahimovun təsisçisi olduğu “Nehrəm” MTK-dan prokurorluğa şikayət olunub.

Lent.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun İnstaqram səhifəsində keçirilən “Sual-cavab” layihəsində bildirilib. Adıçəkilən MTK-ya məxsus Nərimanov rayonu, Həsən Əliyev küçəsi 33, məhəllə 945-də inşa edilmiş 19 mərtəbəli binanın sakinləri, layihənin rəy bölümündə baş prokurora müraciət ünvanlayıblar. Onların sözlərinə görə, hazırda Tağı İbrahimovun oğlu Elşən İbrahimovun rəhbərlik etdiyi şirkət Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qadağasına baxmayaraq, bina tikintisini davam etdirir.

Sakinlər hazırda tikilməsi üçün qanunsuz sənədlərin hazırlanmasına vəzifə saxtakarlığı edilərək icazə verildiyini də iddia edirlər. Onlar bildirir ki, yeni blokun tikilməsi üçün hazırlanmış sənəddə bəzi məmurlar 2004-cü ildən mövcud olan binanı göstərməyiblər.

Baş Prokurorluqdan isə şikayətin qeydə alındığı və nəticəsi barədə məlumat veriləcəyi deyilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3703

Oxşar yazılar