Tanışını qəddarlıqla öldürdü
11 sentyabr 2020 11:05 (UTC +04:00)

Tanışını qəddarlıqla öldürdü

Sentyabrın 10-da saat 19 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində 32 yaşlı Elgün İsmayılovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla hadisəni 31 yaşlı Teymur İsmayılovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Elgün İsmayılovun baş nahiyəsinə çoxsaylı zərbələr vurularaq törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Teymur İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1710

Oxşar yazılar