23:40
10 Sentyabr 2020

Türkiyədə son sutkada koronavirusdan 58 nəfər ölüb

Türkiyədə son sutka ərzində koronavirusdan 58 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 107 702 şübhəli koronavirus testindən keçib, onlardan 1512-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1209 nəfər olub, 1219 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 286 455 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 255 407 nəfər sağalıb, 6895 nəfər ölüb.

Dİgər xəbərlər