
Karantin rejimi dövründə təhsil müəssisələrində texniki heyətə dair TƏLƏBLƏR
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində texniki heyətə dair tələblər müəyyənləşib.
APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"nda məlumat verilib.
Qeyd edilib ki, texniki heyət üzrə yaşı 65-dən aşağı olan işçilər işə cəlb olunurlar. Texniki heyət üçün növbəli iş rejimi tətbiq edilir. Onların iş vaxtının əsasən tədris və təlim-tərbiyə vaxtından əvvəl və sonra təşkili təmin edilməlidir. Texniki heyətin təhsilalanlarla və təhsilverənlərlə fiziki təması minimuma endirilməlidir.
Texniki heyət mütləq qaydada təhsil müəssisəsində iş prosesində maskalardan və digər qoruyucu vasitələrdən istifadə etməlidir. İstifadə edilən fərdi qoruyucu vasitələr mütəmadi olaraq, habelə çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməli və bu zaman əllərin gigiyenasına dair tələblərə riayət edilməlidir. Texniki heyət istirahət üçün yerini dəyişdikdə (çay, yemək fasiləsi və s.) istifadə etdiyi maskanı və varsa, əlcəyi çıxarır və xüsusi qapalı zibil qutularına atır. Üz qoruyucunu növbəti dəfə istifadə etmək üçün 70%-li spirt məhlullu vasitə ilə təmizləyir.
İş vaxtı ərzində əməkdaşda bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə və ya hər hansı xəstəlik əlamətləri müşahidə olunduqda (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə, iybilmə hissinin itməsi, halsızlıq və s.), bu Qaydaların tələblərinə uyğun tədbirlər görülür.
Təhsil müəssisəsinin girişində və çıxışında işləyən mühafizəçilər (faktiki xidmətdə olduqları müddətdə) tibbi maskalardan istifadə etməlidirlər. Mühafizəçilər hər hansı bir şəxsə 1,5 metrdən az məsafədən yaxınlaşdığı təqdirdə, tibbi maskalardan əlavə, üz sipərlərindən də istifadə etməlidirlər.
COVID-19 testinin nəticəsi pozitiv olan və ya test nəticəsi pozitiv olmuş şəxslə təmasda olduğu üçün təcridolunma rejimində olan və ya test nəticəsi pozitiv çıxmış və sağalmış, lakin sonuncu test nəticəsinin neqativ olmasından hələ 14 gün keçməyən, habelə özündə və ya birlikdə yaşadığı şəxslərdə şübhəli əlamətlərin olması səbəbindən götürülmüş test nümunələrin cavabları aşkarlananadək, həmin şəxslərin işə başlamasına icazə verilmir.

Oxşar yazılar

Azərbaycan və Rusiya pirotexnikləri minaların təmizlənməsi əməliyyatında - FOTO - VİDEO
19 yanvar 2021 , 21:32
Bölgələrdə qar, Bakıda sulu qar yağdı - FAKTİKİ HAVA
19 yanvar 2021 , 21:14
“Müharibə olmasa, mən indi qəhrəman deyildim...” – Milli Qəhrəman olmuş mühəndis danışır
19 yanvar 2021 , 20:15
Kəlbəcər rayonunun Çopurlu kəndindən VİDEOGÖRÜNTÜ
19 yanvar 2021 , 18:32
Rusiyadan Qarabağa əlavə mina təmizləyən texnika gətirildi - VİDEO
19 yanvar 2021 , 18:22“Ata, mənəm, ölən oğlun...” – Cəbhə xəstəxanasından FİLM KİMİ REPORTAJ – Səbuhi Məmmədli yazır
19 yanvar 2021 , 18:01
Polietilen torbalar pullu olacaq - RƏSMİ
19 yanvar 2021 , 17:30
Şaxtalı havada avtomobilə ən vacib qulluq... "hər qış dəyişdirilməlidir"
19 yanvar 2021 , 17:16