50623
15:57
10 Sentyabr 2020

Moskvada azərbaycanlı biznesmeni güllələyən killer tutuldu - VİDEO

Moskvada 2018-ci ilin fevral ayında “ticarət çadırlarının kralı” hesab edilən 42 yaşlı azərbaycanlı biznesmen Anar Əliyevi güllələyən killer saxlanılıb.

Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, saxlanılan Gürcüstan vətəndaşıdır. Ona qətl və qanunsuz silah saxlama ittihamları irəli sürülüb.

İstintaq hesab edir ki, killer etnik qruplara pul verməkdən imtina edən digər azərbaycanlı iş adamlarını qorxutmaq üçün Əliyevi aradan qaldırmaq üçün tutulub. 2018-ci ildə Moskvada Azərbaycan əsilli iş adamına bir neçə sui-qəsd cəhdi edilib.

Əliyev Çertanovo küçəsindəki evinin yaxınlığında “Lexus” avtomobilinə oturanda güllələnmişdi.