Bakı şəhəri üzrə koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.
Lent.az koronavirusinfo.az saytına istinadla xəbər verir ki, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb. Paytaxt üzrə yoluxma hallarının 14,3 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 12,2 faizi Xətai, 11,8 faizi Yasamal, 11,7 faizi Sabunçu, 9 faizi Nəsimi, 8,4 faizi Nərimanov, 8 faizi Suraxanı, 7,6 faizi Qaradağ, 7,1 faizi Nizami, 5 faizi Xəzər, 4,6 faizi Səbail, 0,3 faizi Pirallahı rayonlarında qeydə alınıb.
Qeyd edək ki, Azərbaycanda koronavirusa ümumi yoluxma hallarının 56,2 faizi paytaxtda qeydə alınıb.