Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"- "Molde" qarşılaşmasının keçiriləcəyi yer məlum olub.
APA-nın "Qarabağ" klubunun rəsmi səhifəsinə istinadən məlumatına görə, oyun Kiprin Larnaka şəhərində keçiriləcək.
Qarşılaşma sentyabrın 16-sı, Bakı vaxtı ilə 21:00-da start götürəcək.