Bakıda qanunsuz küçə yürüşünün qarşısı alınıb – RƏSMİ
09 sentyabr 2020 16:28 (UTC +04:00)

Bakıda qanunsuz küçə yürüşünün qarşısı alınıb – RƏSMİ

Sentyabrın 9-da saat 15 radələrində 20-25 nəfər “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərini pozaraq, Səbail rayonundakı İstiqlaliyyət küçəsində Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan toplaşıb küçə yürüşü keçirməyə cəhd edilib.

Lent.az-a Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, ərazidə xidmətdə olan polis əməkdaşları qanunsuz küçə yürüşünə cəhdin qarşısını alıb, iştirakçılar ərazidən uzaqlaşdırılıblar.

Saxlanılan və ya həbs edilən olmayıb.

# 3931
avatar

Oxşar yazılar