Gürcüstanda toylara yenidən qadağa qoyulur
09 sentyabr 2020 12:28 (UTC +04:00)

Gürcüstanda toylara yenidən qadağa qoyulur

Gürcüstanda yubileylər, toylar, şənliklər və digər bu kimi kütləvi tədbirlərin keçirilməsi sabahdan etibarən qadağan ediləcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili bildirib.

Onun sözlərinə görə, müvafiq qərar Gürcüstan Qurumlararası Koordininasiya Şuraslı tərəfindən qəbul edilib: "Məhdudiyyət qapalı məkanlarda hələ də qüvvədə idi, lakin sabahdan etibarən açıq məkanlarda da bu cür tədbirlərin keçirilməsinə qadağa qoyulacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1558

Oxşar yazılar