Yeni mövsümdə "Yuxu kimi"də nələr olacaq? - VİDEO
08 sentyabr 2020 12:09 (UTC +04:00)

Yeni mövsümdə "Yuxu kimi"də nələr olacaq? - VİDEO

Ötən il uğur qazanmış "Yuxu kimi" serialı yeni mövsümdə yeni seriyalarla ekrana gələcək. Lent.az məlumat verir ki, serial ötən mövsümdə olduğu kimi həftədə bir dəfə nümayiş ediləcək. Təkrarları isə həftənin beş günü tamaşaçılara təqdim ediləcək. Serialın rejissoru Rövşən İsaxın dediyinə görə, ötən mövsümdə serialın həftədə bircə dəfə yayımlanması tamaşaçıların giley-güzarına səbəb olurdu: "Həftənin hər günü mənə yazırdılar ki, gələn həftənin beşinci gününü gözləməyə hövsələm çatmır, filan məsələ necə olacaq? Bu marağı nəzərə alıb canımıza cəfa salıb daha çox çalışmışıq ki, hər gün tamaşaçıları ekran qarşısına yığa bilək."

Xatırladaq ki, serial ATV kanalında yayımlanır. 

# 7720
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar