18:43
07 Sentyabr 2020

"Bir sual, bir cavab" - Rayona getmək istəyənlərin NƏZƏRİNƏ! Sabah hansı yoxlama olacaq?

Lent.az -ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu sabahdan etibarən rayonlara yolların açılması ilə bağlıdır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin qaydalarını yumşaltma istiqamətində verdiyi qərara əsasən, vətəndaşların sentyabrın 8-dən bölgələrə səfər etməsinə icazə veriləcək. Görəsən, bununla əlaqədar yol polisi hansısa yoxlama nəzarət tədbirləri həyata keçirəcək?

Rubrikamızın sualına Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev aydınlıq gətirib. Onun sözlərinə görə, insanların öz maşınları, yaxud taksilərlə rayona getmələrinə görə heç bir yoxlama aparılmayacaq:

“Rayonlara avtobuslarla sərnişindaşıma istisna olmaqla yolların açılması ilə bağlı hər hansı yoxlama aparılmayacaq. İnsanlar istər öz şəxsi avtomobilləri, istərsə də taksi xidmətindən istifadə etməklə rayona gedə biləcəklər. Yalnız avtobuslarla sərnişindaşıma qadağandır. Buna cəhd göstərənlər müəyyən edilərək saxlanılacaq və barəsində lazımi tədbir görüləcək”.

Dİgər xəbərlər