Azərbaycanlı pianoçu Berlində konsert verəcək
07 sentyabr 2020 16:41 (UTC +04:00)

Azərbaycanlı pianoçu Berlində konsert verəcək

Sentyabrın 12-də Berlin şəhərinin "Kulturstall auf dem Qutshof" zalında 24 yaşlı azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı Nərmin Nəcəflinin konserti keçiriləcək.

Lent.az xəbər verir ki, musiqiçi Lyudviq van Bethovenin "Appassionata" 23-cü fortepiano sonatasını, Robert Şumanın karnavalını, həmçinin Frederik Şopenin üç əsərini: Noktürn, soç. 27, Ballad, soç.52 və "Andante Spianato et Grande Polonaise Brillante" kompozisiyasını ifa edəcək.

Nərmin Nəcəfli 1996-cı ildə Bakıda anadan olub və Bülbül adına musiqi məktəbində təhsil alıb. Hazırda Hannover musiqi, media və teatr Universitetində təhsilini davam etdirir. 2007-ci ildən Azərbaycan Prezidentinin gənc istedadlar üçün xüsusi təqaüdünü alır. Tamaşaçılar onu Paris, Vaşinqton, Florensiya, Moskva, Brüssel, Strasburq, London konsertlərində heyranlıqla alqışlayıblar.

Milli və beynəlxalq müsabiqələrdə çoxsaylı mükafatlar sübut edir ki, gənc pianoçu yaradıcı şöhrətin zirvəsinə doğru inamla irəliləyir.

 
# 2038
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar