Rusiyada indiyədək COVID-19-a yoluxub sağalan əhalinin sayı açıqlanıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rospotrebnadzor Federal Xidmətinin rəhbəri Anna Popova bildirib.
Onun sözlərinə görə, 2020-ci il yanvarın 1-dən bu günə kimi Rusiya əhalisinin 0,6 faizində yeni növ koronavirus təsdiqlənib. A.Popova Rusiyada koronavirusu təyin etmək üçün 172 test diaqnostika sistemindən istifadə olunduğunu söyləyib.
Rusiya koronavirusa yoluxanların sayına görə, dünya sıralamasında ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.