Tərtərdə küp qəbirlər aşkarlandı - FOTO
05 sentyabr 2020 15:36 (UTC +04:00)

Tərtərdə küp qəbirlər aşkarlandı - FOTO


Tərtər rayonunun Yuxarı Sarıcalı kəndində təsərrüfat işləri aparılarkən qədim dövrə aid maddi-mədəniyyət nümunələri, saxsı qablar və insan sümükləri aşkar olunub.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Lent.az-a verilən məlumata görə, ərazi Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətə götürülüb, təsərrüfat işləri dayandırılıb.

Həmin əraziyə Dövlət Xidmətinin və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutun əməkdaşlarının iştirakı ilə baxış keçirilib.

Baxış zamanı arxeoloji tapıntının e.ə I əsrdən bizim eranın I əsrinə qədər olan dövrə aid olduğu ehtimal olunan 2 küp qəbir müəyyən olunub.

Ərazinin öyrənilməsi məqsədilə arxeoloji tədqiqat işlərinin aparılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2671

Oxşar yazılar