İranda partlayış: 230 nəfər zəhərləndi
05 sentyabr 2020 02:07 (UTC +04:00)

İranda partlayış: 230 nəfər zəhərləndi

İranda qaz tankerinin partlaması nəticəsində 230 nəfər zəhərlənib, İranda qaz tankerinin partlaması nəticəsində 230 nəfər  zəhərlənib, 2 nəfərin vəziyyəti ağırdır.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım şöbəsinin sözçüsü Müctəba Xaledi “Mehr” xəbər agentliyinə verdiyi açıqlamada bildirib.

O deyib ki,  bu gün (cümə) yerli vaxtla saat 14:30-da İlam vilayətinin Sarablah bölməsinin Zəncirə kəndində bir xlor qazı daşıyan tankerin partlaması nəticəsində 230 nəfər zəhərlənərək xəsarət alıb. 

O, zəhərlənənlərin qısa müddətdə xəstəxanalara yerləşdirilməsinə və hadisə yerinə təcili helikopterin göndərildiyini bildirib: “Hadisə səbəbindən 115-ci İlam Təcili Tibbi Yardım stansiyası hazır vəziyyətə gətirildi və dərhal zəhərlənənləri hadisə yerindən  daşımaq  üçün yardımçı qüvvələr göndərildi”.

Xaledi əlavə edib ki, 12 nəfər helikopterlə xəstəxanaya çatdırılıb: “Astma xəstəliyi olan 2 nəfərdən başqa digərlərinin ümumi vəziyyəti yaxşıdır, reanimasiya şöbəsində müalicə alırlar.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2050

Oxşar yazılar