Tanınmış türk aktyoru vəfat etdi
04 sentyabr 2020 13:35 (UTC +04:00)

Tanınmış türk aktyoru vəfat etdi


Türk aktyor Bürol Ünel vəfat edib.

APA-nın “Sozcu.com.tr”yə istinadən verdiyi xəbərə görə, 59 yaşlı aktyor xərçəng xəstəliyindən əziyyət çəkib. O, uzun müddət alkoqol asılılığından müalicə alıb.

Qeyd edək ki, B.Ünel türk əsilli alman rejissor Fatih Akının “Divara qarşı” filmindəki rolu ilə məşhurlaşıb.

# 5800
avatar

Oxşar yazılar