Türkiyə Super Liqasında 2020/21 mövsümünün birinci dövrəsində keçiriləcək derbilərin siyahısı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyasının (TFF) qərarına əsasən, 10 mərkəzi qarşılaşma tamaşaçısız baş tutacaq.
Bunlardan 3-ü “Fənərbaxça” və “Trabzonspor”un meydanında olacaq. “Beşiktaş” 2, “Qalatasaray” və “Başakşəhər” isə 1 dəfə derbi matçını doğma arenasında boş tribunalar önündə keçirəcək.
1-ci tur. “Trabzonspor” – “Beşiktaş”
2-ci tur. “Başakşəhər” – “Qalatasaray”
3-cü tur. “Qalatasaray” – “Fənərbaxça”
5-ci tur. “Trabzonspor” – “Başakşəhər”
6-cı tur. “Fənərbaxça” – “Trabzonspor”
9-cu tur. “Beşiktaş” – “Başakşəhər”
10-cu tur. “Fənərbaxça” – “Beşiktaş”
14-cü tur. “Fənərbaxça” – “Başakşəhər”
15-ci tur. “Trabzonspor” – “Qalatasaray”
19-cu tur. “Beşiktaş” – “Qalatasaray”
Qeyd edək ki, Türkiyə Super Liqasında yeni mövsümə sentyabrın 11-də start veriləcək.