Ermənistandan Tovuzun Ağdam kəndi atəşə tutuldu
03 sentyabr 2020 19:17 (UTC +04:00)

Ermənistandan Tovuzun Ağdam kəndi atəşə tutuldu

Tovuzun Ağdam kəndi Ermənistan Silahlı Qüvvələrinin atəşinə məruz qalıb.

APA-nın məlumatına görə, Ermənistan Silahlı Qüvvələri bu gün kəndi iriçaplı silahlardan atəşə tutub.

Atəş nəticəsində Ağdam kəndinin sakini Qara Yusifovun evinə və həyətyanı sahəsinə dəyib.

Sakinlər arasında xəsarət alan olmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2477

Oxşar yazılar