Millimizə yeni futbolçu çağırıldı
03 sentyabr 2020 12:07 (UTC +04:00)

Millimizə yeni futbolçu çağırıldı

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Apasport.az saytının məlumatına görə, avqustun 27-də açıqlanmış siyahıda adı ehtiyat heyətdə göstərilən “Sabah” klubunun üzvü Coşqun Diniyev millinin toplanışına dəvət olunub.

Yarımmüdafiəçi UEFA Millətlər Liqasının qrup mərhələsində Lüksemburq və Kiprlə keçiriləcək oyunlarda baş məşqçi Canni De Byazinin ixtiyarında olacaq.

Qeyd edək ki, millimiz sentyabrın 5-də Bakıda Lüksemburq, 8-də isə rəqib meydanında Kipr yığması ilə qarşılaşacaq.

# 2056
avatar

Oxşar yazılar