Gündə 1 fincan bədəndəki yağları və şəkəri yandırır...
03 sentyabr 2020 09:07 (UTC +04:00)

Gündə 1 fincan bədəndəki yağları və şəkəri yandırır...

Qəhvə gündəlik həyatın vazkeçilməz içkilərindən birinə çevrilib. Bir çox insan yuxudan ayılmaq, bir çoxları isə qoxusu və dadını çox sevdiyi üçün qəhvə içməyi alışqanlıq halına gətirib. Çoxları gün ərzindəki işlərinin daha səmərəli olması və başqa bir sıra səbəblərdən qəhvə içmək istəyir. Qəhvənin bu qədər çox sevilməsi, onun faydaları və zərərləri mütəxəssislər tərəfindən tez-tez qiymətləndirilir.

e-tibb.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni bir araşdırma zamanı qəhvənin yağ yandırıcı təsiri araşdırılıb.

Mütəxəssislərin fikrincə, gündə bir fincan qəhvə orqanizmdə olan qəhvəyi yağları aktivləşdirir. Qəhvəyi yağlar qidalarda olan şəkər və yağı yandırmağa və bədəni isitməyə kömək edir. Qəhvəyi yağlar artıq çəki yığmağa səbəb olan ağ yağlardan fərqlidir. Ağ yağlar orqanizmin istifadə etdiyindən daha çox enerji aldığı zaman əmələ gəlir.

Mütəxəssislər bildirir ki, qəhvəyi yağlar aktivləşdirildikdə, orqanizm qanda olan şəkər və yağ miqdarına daha yaxşı nəzarət edir və daha yaxşı nəticə əldə olunur. Qanda qlükozaya nəzarətin bu şəkildə yaxşılaşdırılması insanları 2-ci tip  şəkərli diabetdən qorumağa kömək edə bilər. Ələlxüsus gün ərzində qəbul edilən bir fincan qəhvə Alzheimer (yaddaşın itməsi) riskini də azaldır.

Faydalı olsa da, qəbul edilən qəhvənin miqdarına diqqət yetirilməlidir. Çünki yüksək dozada kofein qəbulu asılılıq yarada bilər. Orqanizm vərdiş etdikdə, gün ərzində çox miqdarda qəhvə qəbul etmək əsəb və ya yorğunluq hissinə səbəb olur. Xüsusilə orta yaşlı insanlarda yüksək qan təzyiqi yarana, bu isə ürək xəstəlikləri riskini artıra bilər.

# 4900
avatar

Oxşar yazılar