Nigeriyalı futbolçu Vasiu Jimoh arvadını və uşaqlarını sadəcə gözləri mavi olduğu üçün evdən qovub.
Lent.az xarici KİV-ə istinadla xəbər verir kiŞ Nigeriyanın “Sunshine Ulduzları” komandasında oynayan 23 yaşlı hücumçu Vasiu Jimoh, dünyada ayrı-seçkiliyin dil, din və irqdən kənara çıxdığını göstərən bir hadisə edib.
Son illərdə artan ayrı-seçkiliyə başqa birini əlavə edən Jimoh, həyat yoldaşı Risikat və iki övladını gözlərinin mavi olduğunu əsas gətirərək evdən qovub.
“Yoldaşım mavi gözlərimizə görə məni və uşaqlarımı evdən qovdu. Uşaqlarımda olduğu kimi, ərimin ailəsi də mavi gözlərimə görə evlənməyimizi istəməmişdi”, - qadın deyib.
Risikatın sözlərinə görə, ərinə etiraz edərək "Hər zaman belə mavi gözlü uşaqlarımı istəyirsən?" sualını veriblər.
“İki övladımız mavi gözlü doğuldu. ‘Gözlərini görmürsən? Bütün övladlarınızın belə doğulmasını istəyirsiniz? " Onların bizə qarşı davranışları dəyişdi”, - qadın vurğulayıb.
Əri onu evdən qovduqdan sonra ailəsinə döndüyünü söyləyən Risikat deyib: “Mənim uşağım ərəb dili öyrənməyə gedəndə digər uşaqlar “cadugər gözləri!” deyərək lağ etdilər. Uşaqlarımın gözündə heç bir problem yoxdur”.