Gənc oğlan dənizdə batdı  - YENİLƏNİB
02 sentyabr 2020 15:28 (UTC +04:00)

Gənc oğlan dənizdə batdı - YENİLƏNİB

Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazi) batan 25 yaşlı  Qəhrəmanov Ülvi Adıgözəl oğlunun axtarışları başa çatıb.

Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, Ü.Qəhrəmanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

15:02

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində, dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.​

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3766

Oxşar yazılar