Əli Kərimin şeirləri Türkiyənin ədəbiyyat portalında çap olunur
02 sentyabr 2020 10:56 (UTC +04:00)

Əli Kərimin şeirləri Türkiyənin ədəbiyyat portalında çap olunur

Türkiyənin populyar Erikagacioyku.com (“Alça ağacı”) ədəbiyyat portalı Azərbaycan şairi Əli Kərimin türk dilinə tərcümə edilən “Fraqmentlər”, “Daş”, “Həmişə səfərdə” kimi şeirlərinin çapına başlayıb.

Bu barədə Lent.az-a Dövlət Tərcümə Mərkəzindən məlumat verilib.

Çap işi mərkəzin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində həyata keçirilib.

2015-ci ildən fəaliyyət göstərən portal bu ilin iyun ayından başlayaraq Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan ədəbiyyatının aparıcı nümunələrini işıqlandıracaq “Azərbaycan ədəbiyyatı” bölməsini açıb. Bölməyə yerləşdirilmiş şeirlər Əli Kərimin həyat və yaradıcılığı haqqında geniş məlumatla təqdim edilir.

Bölmənin klassik Azərbaycan ədəbiyyatı ilə yanaşı müasir Azərbaycan ədəbiyyatı nümunələrini də mütəmadi olaraq işıqlandıracağı nəzərdə tutulur.

 

# 3700
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar