
Soros Paşinyana niyə əsəbiləşib?
“Project Syndikate” xəbər portalında İsveçin keçmiş xarici işlər naziri və Şərq Tərəfdaşlığı proqramının əsas təşəbbüskarlarından olan Karl Bildtin “Belarus üçün Ermənistan modeli” adlı məqalə dərc olunub.
Lent.az-ın məlumatına görə, məqalədə deyilir ki, bu gün Belarusda baş verən proseslər Ermənistandakı inqilaba bənzəyir. Çünki hər iki ölkə Rusiya ilə sıx strateji münasibətləri var və Serj Sarqsyanın devrilməsindən sonra Ermənistan xarici siyasi kursunu dəyişməyib.
Yəni, məqalədə ona işarə edilir ki, Belarusda inqilab qalib gəlsə, bu ölkə Rusiyaya qarşı cəbhədə yer almayacaq.
Qeyd edək ki, “Project Syndikate” portalının əsas sponsorlarından biri C.Sorosun fondudur.
Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsində Soros Fondunun rolunu nəzərə alsaq, bu gün Sorosun nəzarətində olan portalın Belarusa Ermənistan modeli “təklif etməsi” elə də təəccüblü deyil.
Prezident İlham Əliyevin dediyi kimi, “heç kəs üçün sirr deyil ki, Ermənistanın bugünkü rəhbərliyi Soros fondunun təsiri altında olan adamlardan ibarətdir. Onların tərcümeyi-halına baxmaq kifayətdir. Bu gün Ermənistanda hökumətdə, parlamentdə, məhkəmə hakimiyyətində, digər önəmli vəzifələrdə çalışanların bir çoxu Soros fondunun və ona yaxın təşkilatların əməkdaşları olub".
Heç kimə sirr deyildir ki, Paşinyanın maddi və kadr resursları birbaşa Sorosla bağlıdır. Onun yüksək vəzifələrə təyin etdiyi şəxslərin, demək olar ki, hamısı bu və ya digər formada bu təşkilatla əlaqəlidir. Bu, xüsusilə güc strukturlarına aiddir.
Məsələn, hazırda ölkənin Milli Təhlükəsizlik Şurasına rəhbərlik edən Armen Qriqoryan əvvəllər Sorosla bağlı olan “Transparency International” təşkilatının koordinatoru olub.
Ədliyyə naziri Rustam Badasyanın təyinatını Soros Fondunun Ermənistandakı icraçı direktoru Larina Minasyan dəstəkləyib.
Ermənistan Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryanın qardaşı David Xaçatryan Soros Fondunun İdarə Heyətinin rəhbəridir.
Səhiyyə naziri Arsen Torosyan Sorosun “"Open Medical Institute"nun məzunudur və s.
Sorosun Paşinyana təsirinin səviyyəsini anlamaq üçün yalnız iki fakta diqqət etmək kifayətdir. Soros Ermənistan baş nazirinin Aleksandr Lukaşenkoya təbrik məktubu göndərməsinə reaksiya verərək onu tənqid edib! Yəni, beynəlxalq təşkilatın rəhbərinin müstəqil dövlətin baş nazirini uşaq kimi danlaması bu ölkənin tamamilə Soros Fondunun təsiri və nəzarətində olmasını göstərir.
Daha bir maraqlı fakt – Ermənistanın “demokratik hakimiyyəti” ölkədə hər kəsə sərbəst toplaşmaq hüququ boyun olduğu halda, Sorosa qarşı aksiyaların keçirilməsinə imkan vermir. Məsələn, iyunda “Adekvat” adlı müxalifyönlü təşkilatın hökumət binası qarşısındakı aksiyası polis tərəfindən dağıdılıb, 30-a yaxın adam saxlanılıb. Aksiya Soros Fondunun Ermənistandakı fəaliyyətinə etiraz olaraq keçirilirdi.
Göründüyü kimi, “demokrat” Paşinyanın ölkəsində Soros Fonduna qarşı dinc aksiya keçirmək belə böyük riskdir. Və görünür, bu gün Soros Fondu daha bir postsovet ölkəsində - Belarusda da özünün idarə edəcəyi marionet hökumətin qurulmasına çalışır. Bu baxımdan, C.Sorosun Paşinyanın “təcrübəsizlik” göstərərək A.Lukaşenkoya təbrik məktubu göndərməsinə əsəbiləşməsini anlamaq olar.
https://www.project-syndicate.org/commentary/belarus-armenia-model-2018-democratic-transition-by-carl-bildt-2020-08
Oxşar yazılar

Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48
Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19