Qəzada ölən sürücünün yaxınları meyitxanaya hücum etdi - RƏSMİ
01 sentyabr 2020 12:36 (UTC +04:00)

Qəzada ölən sürücünün yaxınları meyitxanaya hücum etdi - RƏSMİ

Xəbər verdiyimiz kimi, Hacıqabul rayonun Nəvai kəndi ərazisində “VAZ 2106” markalı avtomobil idarəetməni itirərək dəmir səddə çırpılıb və nəticədə sürücü - Sabirabad sakini, 28 yaşlı Qiyaslı Orxan Yaşar oğlu ölüb. 

Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, mərhumun meyiti məhkəmə-tibbi müayinə məqsədilə Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Birliyinin Şirvan şəhər şöbəsinin meyitxanasına gətirilib:

"Bu gün səhər saatlarında mərhumun yaxın adamları - Sabirabad rayonu, Qaragünə kənd sakinləri Birliyin Şirvan şəhər şöbəsinə gələrək meyitin morqa gətirilməsinə aqressiv şəkildə iradlarını bildirib, meyitin müayinə olunmaması tələbi ilə şöbə əməkdaşlarını, xüsusilə də şöbənin rəisi – məhkəmə-tibb eksperti Eldar Məmmədovu təhqiramiz ifadələr və küçə söyüşləri ilə təhqir edərək ona zor tətbiq edib, bədən xəsarəti yetiriblər. Hadisə zamanı orada iştirak edən Daxili İşlər Nazirliyinin təhqiqatçısı və digər polis əməkdaşlarının köməkliyi ilə aqressiv şəxslər meyitxanadan çıxarılıb və daha ağır hadisələrin baş verməsinin qarşısı alınıb.

Baş vermiş hadisəyə hüquqi qiymət verilməsi məqsədi ilə Şirvan şəhər Prokurorluğuna müraciət edilib".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2818

Oxşar yazılar