Türkiyə klubu “Neftçi”nin bu futbolçusunu istədi
01 sentyabr 2020 12:20 (UTC +04:00)

Türkiyə klubu “Neftçi”nin bu futbolçusunu istədi

0


Bakının “Neftçi” klubu müdafiəçisi Vojislav Stankoviçlə yollarını ayıra bilər.

Apasport.az saytının məlumatına görə, serbiyalı futbolçunun karyerasını Türkiyədə davam etdirmək variantı yaranıb.

33 yaşlı mərkəz müdafiəçisi qonşu ölkənin TFF I liqasında çıxış edən klublarının diqqət mərkəzinə düşüb. Cari mövsüm Avropa Liqasında və Azərbaycan Premyer Liqasında 1 oyun keçirən “ağ-qaralar”da Stankoviç hər iki qarşılaşmanın yalnız son dəqiqələrində meydanda olub. Onun “flaqman”la müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.

Qeyd edək ki, “Neftçi”nin prezidenti Kamran Quliyev Türkiyə mətbuatına açıqlamasında iki futbolçularına həmin ölkədən rəsmi təklif gəldiyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2412

Oxşar yazılar