5962
13:40
31 Avqust 2020

BNA-dan məktəb direktorunun "BakuBus"da sürücü işləməsinə CAVAB - FOTO

“Sosial şəbəkələrdə Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevin məzuniyyət vaxtı avtobus sürücüsü işləməsi ilə bağlı fikirləri həqiqəti əks etdirmir”.

Lent.az xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev özünün “Facebook” profilində məktəb direktorunun avtobus sürücüsü işləməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

“Bildiririk ki, “BakuBus MMC”-də bu adda sürücü çalışmır. Elnur Rzayevlə əlaqə saxlanılıb və özünün də sözlərinə görə, o, bunu sadəcə paylaşım xatirinə edib.

Qeyd edək ki, “BakuBus” MMC-də sürücü kimi işə qəbul qanunvericiliklə müəyyən olunan sistem əsasına həyata keçirilir. Sürücü kimi işə qəbul olunan namizədlər əvvəlcə xüsusi təlimlər cəlb olunur. Təlimi keçən namizədlər Əmək Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə müvafiq olaraq daimi əsaslı əmək müqaviləsinin əsasında sürücü vəzifəsinə təyin olunurlar. Bu isə onların əmək hüquqlarının qorunması, həm də sosial təminatlarının həyata keçirilməsi baxımından çox əhəmiyyətlidir”.

Dİgər xəbərlər