17:00
29 Avqust 2020

İdarəetmədən çıxan "VAZ 2104" yol kənarına aşdı


Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Gülövşə kəndi yaxınlığından keçən magistral yolda baş verib. İdarəetmədən çıxan "VAZ 2104" markalı minik avtomobili yol kənarına aşıb. Nəticədə, 1988-ci il təvəllüdlü sürücü Rauf Nəbiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər