11:35
29 Avqust 2020

“Mercedes"lə "VAZ" toqquşdu: ölən var

Salyanda iki avtomobil toqquşub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan-Neftçala magistralında Neftçala rayon sakini, 1984-cü il təvəllüdlü Tağızadə Nicat Heydər oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə Salyan rayonunun Kürqaraqaşlı kənd sakini, 1952-ci il təvəllüdlü Zeynalov Sərdar Nadir oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobil toqquşub. Nəticədə “VAZ-2106” markalı avtomobilin sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı Salyan polis şöbəsi tərəfindən araşdırma aparılır.

Dİgər xəbərlər