Tanışını bıçaqlayıb öldürənin işi MƏHKƏMƏDƏ
28 avqust 2020 19:11 (UTC +04:00)

Tanışını bıçaqlayıb öldürənin işi MƏHKƏMƏDƏ

Bu il mayın 12-də Kürdəmir rayonu ərazisində rayon sakini Cəbrayıl Malkova bıçaq zərbələri vurularaq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Kürdəmir rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Kürdəmir rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, istintaqla zərərçəkmişin tanışı Rahim İslamovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Cəbrayıl Malkovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. O, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1615

Oxşar yazılar