07:13
28 Avqust 2020

Bağdadda diplomatik nümayəndəliklərin yerləşdiyi "yaşıl bölgə" raket atəşinə tutuldu

İraqın paytaxtı Bağdadda hökumət qurumlarının və xarici diplomatik nümayəndəliklərin, o cümlədən ABŞ səfirliyinin yerləşdiyi “yaşıl bölgə” istiqamətində 3 raket atılıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Əl-Hədət” telekanalı məlumat yayıb.

Raketlərin binalara dəymədən açıq əraziyə düşdüyü bildirilib.

Qeyd edək ki, xəsarət alan olmayıb. Dağıntılar barədə hələlik məlumat verilməyib.

Dİgər xəbərlər