22:21
27 Avqust 2020

"Sumqayıt" avrokubokla vidalaşdı


Bu gün daha bir Azərbaycan klubu avrokuboklarda mübarizəyə qoşulub.

Apasport.az saytının məlumatına görə, “Sumqayıt” Avropa Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə üz-üzə gəlib.

Sumqayıtın tarixinə Avropada debüt kimi düşən qarşılaşma “Kapital Bank Arena”da baş tutub. Ayxan Abbasovun yetirmələri azarkeşsiz keçirilən və bir matçdan ibarət dueldən məğlub ayrılıb.

Qarşılaşmanın taleyini ikinci hissədəki qollar həll edib. Qonaqlar iki penalti zərbəsini qola çevirərək mərhələ adlayıb.

Qeyd edək ki, “Sumqayıt” Avropa Liqasına Azərbaycan Premyer Liqasının yarımçıq başa çatdırılan 2019/20 mövsümündə 4-cü yeri tutmaqla vəsiqə qazanıb.

​​​​​​​Avropa Liqası
I təsnifat mərhələsi
27 avqust
20:00. “Sumqayıt” (Azərbaycan) – “Şkendiya” (Şimali Makedoniya) 0:2
Qollar: Besart İbraimi, 56 (pen.), Doriev, 89 (pen.)
Qırmızı vərəqə: Tellur Mütəllimov, 89
Hakimlər: Arman Esmuratov, Sergey Vasyutin, Samat Terqevsizov, Jandos Abjan (hamısı Qazaxıstan)
“Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 5. Cəmaləddin Xocaniyazov, 14. Elvin Bədəlov, 7. Tellur Mütəllimov, 18. Süleyman Əhmədov, 97. Xəyal Nəcəfov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 60. Elvin Məmmədov, 9. Əli Qurbani
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 4. Kərəm Sultanov, 8. Səbuhi Abdullazadə, 17. Murad Xaçayev, 20. Rüfət Abdullazadə, 21. Adəm Həmati, 33. Eltun Turabov
Baş məşqçi: Ayxan Abbasov
“Şkendiya”: 1. Kostadin Zahov, 4. Eqzon Beytulai (k), 20. Yan Krivak, 3. Antonio Paviç, 16. Mevlan Murati, 8. Ennur Totre, 19. Bruno Dita, 10. Valon Ahmedi, 14. Lyupçe Doriev, 7. Besart İbraimi, 28. Omar İmeri
Ehtiyat oyunçular: 40. Bekim Recepi, 15. Leard Sadriu, 17. Arbin Zeynulai, 22. Ziya Merdyani, 24. Medzit Neziri, 34. Abu Baker Es Sahhal, 77. Florent Ramadani
Baş məşqçi: Ernest Qyoka
Sumqayıt. “Kapital Bank Arena”

Dİgər xəbərlər