1495
19:39
25 Avqust 2020

Azay Quliyev Musa Nağıyevin nəvəsini yubileyi münasibəti ilə təbrik edib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev "Milli Dəyərlərin Qorunması" İctimai Birliyinin sədri, məşhur xeyriyyəçi Musa Nağıyevin nəvəsi Dilara Nağıyeva Dilarə Nağıyeva - Muxtarovanı 80 illik yubileyi münasibəti ilə təbrik edib.

Lent.az xəbər verir ki, Azay Quliyev QHT sədrini ictimai sektorun inkişafındakı səmərəli fəaliyyətinə görə Şuranın "Fəxri Diplomu" ilə təltif edib.