Dünyada ilk restoran nə vaxt açılıb?
25 avqust 2020 17:08 (UTC +04:00)

Dünyada ilk restoran nə vaxt açılıb?

Yaşadığımız yerlərdə kiçik və ya böyük, fərq etməz,  restoranlar var.  Elə bütün dünyada belədir. Bəs sizlərə maraqlı deyilmi ilk restoran nə vaxt açılıb?

18-ci əsrə qədər restoran anlayışı yox idi.  İlk müasir restoranı 1765-1766-cı illərdə Parisdə Boulanqer açıb.  Həmin vaxtdan müştərilərə seçim təklif edən anlayış meydana gəldi.  O dövrdəki anlayışa görə, restoranın məqsədi insanları ət suyu bulyonu və şorba ilə  sağlamlığa  qovuşdurmaq idi.

Adı ilə məşhur olan ilk restoran 1782-ci ildə Parisdə açılıb.  Grand Toveme de Loundres adı altında açılan bu restoranda yeməklərin adları sadalanır və müəyyən vaxtlarda bir nəfərlik masalara xidmət edilirdi. İlk restoranın açılışından sonra Fransada inqilabı  baş verdiyindən,  məşhur aşpazlar işsiz qalmış və müxtəlif ölkələrə köçmüşdülər.  1794-cü ildə Fransadan qaçanların əksəriyyəti Amerikada məskunlaşaraq  restoran mədəniyyətini yaydılar.

 Klassik mətbəx dövrü adlandırılan bu dövrdə restorançılığa təsir göstərən digər ad Aquste Eskoffier idi.  Ekcoffierin yaratdığı klassik ziyafət menyusunda  10-14 çeşiddə yemək verilirdi.

Müasir menyu konsepsiyasının memarı isə Ferdinand Pointdir.  Point tərəfindən açılan La Pyramide, müxtəlif aşpazların təlim yeri olub.  İkinci Dünya müharibəsi də restoran menecmentinin yayılmasında təsirli rol oynamışdır.  Bu dövrdə fabriklər, ofislər və məktəblər özlərinə qida xidməti bölmələrini qururdular.  Bütün dünyada yayılan yemək xidmətlərindən  biri Amerikada başlayan sürətli yemək (fast food) xidməti təklif edən restoranlar olmuşdur.  Sektor avtomobillərə xidmət ilə başlayıb və vaxt ötdükcə milyonlarla satış əldə etmişdilər.  Bu dövrdə sürətli yemək istehlakına qarşı yavaş qida (slow food) axını meydana gəldi.  1970-ci illərdə İtaliyada dəstəklənən ağır qida təmayülünün öncülü olan Karlo Petrini, kitabında yavaş yemək anlayışını, sağlam və gözəl  yeməyin müəyyən bir müddətdə hazırlana biləcəyini izah etmişdi.

 

# 4795
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar