1744
10:56
25 Avqust 2020

Bakıda karantini pozan 9 şirkət aşkarlandı

Bakının Nərimanov rayon Polis İdarəsinin əməkdaşları ərazidə fəaliyyət göstərən şirkət və mərkəzlərdə reydlər keçirib.

APA-nın məlumatına görə, reydlər zamanı "Euro Tech" MMC, "Müasir Psixologiya Mərkəzi” MMC, "Salar" MMC, "Azərgöktel" MMC, "Marmara İnşaat” MMC, "Sani" Firması, "Hijama Cupping Center" MMC, “Hecer Mehri Beauty Center" MMC və "Nobel Elektrik” MMC-də karantin qaydalarının pozulması faktı aşkarlanıb.

Polis əməkdaşları adıçəkilən şirkətlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərib.